Accessibility links

Rusiyada gecə klubu yanğını səbəbi ilə ölənlərin sayı 117 nəfərə çatıb


Rusiyada şənbə günü gecə klubu yanğını səbəbi ilə ölənlərin sayı 117 nəfərə çatıb. Fövqəladə Hallar Nazirliyinin bildirdiyinə görə, ciddi yanıqlar və basırıq zamanı xəsarər alan 100 nəfər hələ də xəstəxanadadır.

Rusiyanın baş naziri Vladimir Putin hadisənin baş verdiyi Perm şəhərinə gedərək, klubun girişinə qırmızı qızılgül dəstəsi qoyub. Putin şəhər rəsmiləri ilə görüşüb, qurbanların ailələrinə yardım məsələsini müzakirə edib.

Dünən Rusiya boyu matəm elan edilmişdi. Bayraqlar yarıya endirilmiş, kilsələr, məscidlər və sinaqoqlarda matəm mərasimləri təşkil edilmişdi.


XS
SM
MD
LG