Accessibility links

Həmid Karzay irimiqyaslı və hökumətin maliyyələşdirə biləcəyi ordu yaradılmasını planlaşdırdığını deyir


Əfqanıstan prezidenti Həmid Karzay ölkəsinin təhlükəsizlik qüvvələrini maaşla təmin etmək üçün təxminən 20 il vaxt lazım olacağını desə də, o, polis və ordunun ölkənin təhlükəsizliyin məsuliyyətini 5 ilə öz əlinə alacağına ümid etdiyini bildirib. Əfqanıstan prezidenti Həmid Karzay Kabildə Birləşmiş Ştatların müdafiə naziri Robert Geytslə birgə keçirdiyi mətbuat konfransında müasir, irimiqyaslı və hökumətin maliyyələşdirə biləcəyi ordunun yaradılmasını planlaşdırdığını bildirib. Cənab Karzay Əfqanıstanın öz resurslarından istifadə edərək, iri ordu yaratması üçün 15-dən 20 ilə qədər vaxt lazım olacağını deyib.

Birləşmiş Ştatların müdafiə naziri Robert Geyts isə belə bir açıqlamanın gözlənilməz olduğunu deyib və əlavə edib ki, bunun uzun zaman aparmayacağına ümid edir. ABŞ-ın müdafiə naziri Əfqanıstandakə situasiyaya real prizmadan yanaşmağı tövsiyə edərək bildirib ki, ABŞ ordunun və iqtisadiyyatın təkmilləşməsində əfqan hökumətinə yardım edəcək.

Prezident Karzay və cənab Geyts eləcə də Birləşmiş Ştatlar ordusunun ölkənin təhlükəsizliyinin Əfqan ordusuna təhvil verilməsi planlarından da söz açıblar.

Birləşmş Ştatlar prezidenti Barak Obamanın keçən həftə Əfqanıstana əlavə 30000 əsgəri qüvvə göndəriləcəyi barədə bəyanatında ölkənin təhlükəsizliyinin əfqan ordusuna təhvil verilməsinin 2011-ci ilin iyul ayından başlayacağını desə də, bunun nə qədər vaxt aparacağını bildirməyib. Müdafiə naziri Robert Geyts isə deyib ki, keçid dövrü prezident Karzayın qoyduğu 5 il müddəti ilə üst-üstə düşməyə bilər.

XS
SM
MD
LG