Accessibility links

İranın “Tələbələr Günü” hakimiyyət əleyhinə etiraz nümayişlərinə çevrilib


İranın bir çox şəhərində universitet tələbələri dekabrın 7-si Mahmud Əhmədinejad və Ayətollah Əli Xameneyi əleyhinə etiraz nümayişlərinə çevrilib.

Bu etirazlar Tehranın müxtəlif universitetləri və bəzi xiyabanlarında baş verib. Tələbələrdən əlavə Tehran sakinləri də bu nümayişlərdə iştirak ediblər.

İslam Cümhuriyyətinin rəsmiləri bütün xarici xəbər agentliklərinin müxbirlərindən 3 gün ərzində İrandan xəbərlər verməmələrini istəyib. Amma nümayişlər barədə yüzlərlə xəbər xarici ağentiliklər tərəfindən işıqlandırılıb.

Fransa Xəbər Agentiliyi deyir ki, bu etiraz nümayişlərində Tehranın universitetləri, minlərlə polis və bəsicilərin mühasirəsində idi.
Eyni halda Facebook-da yayılan videolarda polis, bəsici və həbçilərlə tələbələlər və xalq arasında olan toqquşmalar göstərilib. Bu videolara əsasən, Tehrandan əlavə Təbriz, Məşhəd, Kirmanşah, Həmədan, İsfahan və digər şəhərlərin universitetlərində də etiraz nümayişləri keçirilib. Amma bu xəbərlər hələlik müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Bu videolar gostərir ki, əmniyyət qüvvələri və xalq arasındakı toqquşmalarda ağır xəsarət alanlar var. İslahatçı veb saytlar bir çox adamların tutulmasından xəbər verirlər.

Azərbaycanlı Mir Hüseyn Musəviyə bağlı “Kələmə” saytı bu xəbərləri təsdiq edir və yazır ki, Musəvinin xanımına İncəsənət Universitetində həmlə olub və 20-30 santimetrlik məsafədən onun üzünə istiot/ bibər səpiblər.
Kələmə və digər islahçı saytlar yazırlar ki, bu etirazlarda iştirak edən Ayətulla Əliəkbər Haşimi Rəfsəncaninin qızı Faizə xanım dövlət qüvvələri tərəfindən saxlanılıb və bir müddət həbsdə qalıb.

Həftələrdir ki, islahatçı və müxalif saytlar və partiyalar universitet tələbələri və xalqı bugünkü etirazlarda iştiraka çağırırdı. Bu dəvətlərin xilafına polis, bəsic, sipah, ittilaat və digər siyasi və ədliyyə dairələri etiraza gələnlərlə şiddətli rəftar olunacağını deyərək, əhalini təhdid edirdilər.

Bu hədələrə baxmayaraq, Əhmədinejadın prezidentliyinə müxalif olanlar bəyanat yayıb və xalqı “mübarizəni davam etdirməyə” çağırıblar.
Amma hökumətə yaxın olan Ayətulla Məkkarim Şiyrazi hər iki tərəfi sülh və milli barışıq əldə etməyə çağırıb.

Bu halda Mehdi Kərrubi Fransadakı Lomond-da verdiyi müsahibədə barışığın imkansız olduğunu deyib. Ayətulla Xameneyi və İran prezidentinin adını çəkməyərək, “Bəziləri heç kimi hakimiyyətə şərik etmək istəmir” deyib. Kərrubi əlavə edib ki, nə bu gün, nə sabah, nə də heç vaxt zorakılıqla problemlər həll edilə bilməz.

Bu arada Tehran universitetinin tələbələri dekabrın 7-də məmurların zorakılıqlarına etiraz edərək, tələbələri yeni etirazlara çağırıblar.

XS
SM
MD
LG