Accessibility links

Türkiyənin konstitutsiya məhkəməsi kürdlərin siyasi partiyasının bağlanıb-bağlanmaması haqda qərar çıxarmayacağını bildirib


Türkiyənin konstitusiya məhkəməsinin sədri deyib ki, məhkəmə kürdlərin əsas siyasi partiyasının bağlanıb-bağlanmaması haqda qərar verməyəcək.

Məhkəmə üzvləri Demokratik Cəmiyyət partiyasının separatçı üsyançılarla əlaqəsi olduğuna görə faəliyyətinin qadağan olması barədə ifadələri dünən verməyə başlayıblar.

Məhkəmə işi siyasi partiyanın Kürdüstan Fəhlə partiyası PKK ilə əlaqəsi olmaqda ittiham edilir.

Bu ilin əvvəli Türkiyə rəsmiləri PKK ilə əlaqəsi olan şəxslərin hədəf alan kampaniya zamanı Demokratik Cəmiyyət partiyasının sədr müavinləri də daxil olmaqla, 100 nəfəri həbs etmişdilər. Siyasətçilər bu ittihamları rədd ediblər.

Demokratik Cəmiyyət partiyası Türkiyənin 550 üzvlük parlamentində 21 yerə malikdir.

XS
SM
MD
LG