Accessibility links

Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Karl Aykenberi Konqres qarşısında hesabat verir


Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Karl Aykenberi prezident Barak Obamanın Əfqanıstana 30 min əlavə hərbi qüvvə göndərmək üzrə strategiyası ilə bağlı bu gün Kongres qarşısında hesabat verməlidir.

İkinci gündür keçirilən dinləmədə cənab Aykenberi hesabatı Senatın Xarici Əlaqələr Komitəsinin qarşısında təqdim edəcək. Konqresdə keçiriləcək dinləmədə cənab Aykenberi ilə bərabər Birləşmiş Ştatların Mərkəzi Komandanlığının rəhbəri, ordu generalı Devid Petreyas da iştirak edəcək.

Cənab Aykenberi prezidentin yeni strategiyası ilə bağlı dünən Senat və Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində də sulları cavablandırmışdır. Səfir ABŞ qanunvericilərinə Birləşmiş Ştatların Əfqanıstanda nailiyyət əldə edəcəyinə təminat verməsə də, bunun mümkün olduğunu söyləyib.


XS
SM
MD
LG