Accessibility links

Məhkum olunmuş Kabil meri vəzifəsini tərk etməkdən imtina edir


Bazar ertəsi Əfqanıstanda məhkəmə Kabil meri Mir Əbdül Əhəd Sahibini korrupsiya ittihamı ilə 4 il həbs cəzasına məhkum etməsinə baxmyaraq, o vəzifəsini tərk etmir. Mer bu gün deyib ki, o, vəzifəsini icra etməkdə davam edəcək və günahsız olduğunu təkid edir. Prezident Həmid Karzay korrupsiyaya qarşı mübarizə aparacağına vəd verdikdən sonra, Kabil meri korrupsiya ittihamı ilə məhkum olan ilk hökumətin yüksək vəzifəli rəsmisidir. Cənab Karzay korrupsiyaya qarşı mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyətin təziyqinə məruz qalıb. Bu arada Vaşinqton bildirib ki, taliban yaraqlılarına qarşı mübarizə aparmaq üçün əlavə olaraq Əfqanıstana 30 min hərbi qüvvə göndərir.
XS
SM
MD
LG