Accessibility links

Mumbay hücumlarının planlaşdırılmasına kömək etmiş şəxs məhkəmə qarşısına çıxarılıb


2008-ci ildə Hindistanda Mumbayda terror hücumlarının planladırılmasında kömək etmiş çikaqolu Deyvid Kolman Hedli bu gün məhkəmə qarşısına çıxarılacaq.

O, ABŞ-ın ona qarşı irəli sürdüyü ittihamlara cavab vermək üçün İllinoys ştatının Çikaqo şəhərində federal məhkəmə qarşısına çıxarılacaq.

ABŞ-ın Ədliyyə nazirliyi bildirir ki, 49 yaşlı Hedli 166 insanın ölümülə nəticələnmiş hücumlardan iki il öncə hədəf alınmış obyektləri öyrənməklə məşğul olurdu.

ABŞ və Hindistan rəsmiləri Mumbayda 10 nəfərin müxtəlif obyektlərə etdiyi hücuma görə Pakistanda mənzillənən Ləşkəri-Tayyibə qrupunun məsuliyyət daşıdığını bildirirlər.

ABŞ-ın Ədliyyə nazirliyi Hedlinin təhqiqatla əmkdaşlıq etdiyini bildirir.

XS
SM
MD
LG