Accessibility links

Iqlim dəyişikliyi ilə bağlı Kopenhaqen sammiti işini davam etdirir


Iqlim dəyişikliyi ilə bağlı Kopenhaqen sammiti işini davam etdirir. Amerikalı milyarder Corc Soros yoxsul ökələrə yadımlar üçün alternativ yollar təklif edir. Soros zəngin ölkələrin Beynəlxlaq Valyuta Fondunun ayırdığı 100 milyard dolların xüsusi yaşıl fondlar yaradılmasına sərf edilməsini təklif edir. Onun dediyinə görə, bu fondlar meşələr və fermaların inkişafına sərf edilməlidir.

Bu vəsait Beynəlxalq Valyuta Fondunun avqust ayında təsis etdiyi fonddan alınıb. Fondun məqsədi qlobal iqtisadi tənəzzül dövründə zəngin ölkələrin yoxsullara yardım göstərməsinin sürətləndirilməsi məqsədi daşıyır. BMT rəsmiləri, iqlim məsələləri üzrə ekspertlər, ətraf mühit fəalları və dünyanın 100-dan çox liderinin iştirak etdiyi iki həftəlik Kopenhagen konfransının məqsədi qlobal istiləşmənin qarşısını almaq üçün hüquqi sənədin əldə edilməsidir.


XS
SM
MD
LG