Accessibility links

Insan Haqları Bəyannaməsinin  61-ci ildönümündə İranda insan hüquqlarının vəziyyəti diqqət mərkəzindədir


Insan Haqları Bəyannaməsinin 61-ci ildönümündə İran ən problemli ölkələrdən biri olaraq qalır. BMT-nin qəbul etdiyi sənəddə yaşama hüququndan tutmuş, məmur özbaşınalığı nəticəsində nəzarət altına alınmaqdan qorunmağa qədər hər bir insanın malik olduğu 30 əsas hüquq öz əksini tapır. Bu il həmin il dönümündə İranda insan hüquqlarının vəziyyəti diqqət mərkəzindədir.

İyun ayında Mahmud Əhmədinejadın saxdalaşdırılmış seçkilər nəticəsində yenidən prezident seçildiyini irəli sürən minlərlə İranlı, tələbələrin aparıcı rol oynadığı nümayişlərlə etiraz səsini ucaltmışdı.

Tehranda nümayişçilərə qarşı zorakılıqlar tətbiq edilmiş, çoxsaylı insan nəzarət altına alınmış, müttəhimlərə sərt cəzalar verilmişdi. Human Rights Watch-un Vaşinqtondakı nümayəndəsi Tom Malinovski İranın monitorinq etdiyi ən problemli bölgələrdən biri olduğunu deyir. Onun fikrinə görə İranın indiki hakimiyyətinin gələcəyi yaxşı görünmür və nümayişçilərə qarşı zorakılıq işlədilməsinə baxmayaraq müxalifət güclü olaraq qalır. O deyir ki, legitimliyinin və xalq arasında dəsdəyinin çox az olması nəzərə alındıqda İranda sərt xətt tərəfdarı dikdatorluğun uzun müddət davam etməsi çətin görünür.

Amerikaya gəldikdə isə Malinovski nəzarət altına alınanların zorakılıq üsulları ilə sorğu-suala çəkilməsini yasaqlayan prezident Obamaya böyük ümid bəslədiyini deyir. O, prezidentin hətta Çin kimi yaxşı münasibətlər saxlamağa çalışdığı ölkələrə qarşı qətiyyət nümayiş etdirəcəyinə inanır.Bu il Pekin Çinin qərb regionunda uyğurlara divan tutmuşdu. Çində bir il əvvəl nəzarət altına alınan qabaqcıl siyasi fəal Liu Tsiabo hələ də həbsdədir.


XS
SM
MD
LG