Accessibility links

DCP-nin qanunvericiləri parlamenti tərk edib


Türkiyə məhkəməsinin Demokratik Cəmiyyət Partiyası ləğvi qərarından sonra iki liderinin kürd separatistləri ilə əlaqədə günahlandırılan partiyanın qanunvericiləri parlamenti tərk edib. Demokratik Cəmiyyət Partiyası qalan 19 millət vəkilinin artıq parlament sessiyalarında iştirak etməyəcəyini bildirib.

Türkiyənin 11 üzvlü Konstitusiya məhkəməsi partiyanın ləğvi barədə qərarı yekdilliklə qəbul etmişdi. Kürdüstan Fəhlə Partiyası-PKK ilə əlaqəsinə görə günahlandırılan Demokratik Cəmiyyət Partiyası bu iddiaları rədd edir. Partiyanın 35 üzvünün 5 il müddətinə siyasi fəaliyyətləri qadağan edilib.


XS
SM
MD
LG