Accessibility links

Kərkükdə bomba partlayışı 3 polisin ölümünə səbəb olub


İraq polisi bildirir ki, Kərkük şəhərində yolkənarı bomba partlayışı3 polisin həlak olmasına,iki nəfərin yaralanmasına bais olub.Rəsmilər deyirlər ki, hücumun hədəfi neftlə zəngin Kərkükün polis keşikçilərin məntəqəsi idi.

İraqın şimalındakı kürdlərlə mərkəzi hökumət arasındaKərkük məsələsinə görə münaqişə var. Kürdlər şəhərin Kürdüstan müxtar vilayətinin bir hissəsi olmasını tələb edir. Ərəblər isə şəhərin mərkəzi hökumətin nəzarəti altında olmasını istəyir.

Bugünkü hücum Birləşmiş Ştatların müdafiə naziri Robert Geytsin İraqa səfərindən bir gün sonraya təsadüf edir. Nazir deyib ki, ərəb və kürd liderləri hökumətin bölüşdürülməsi sahəsində aralarındakı fikir ayrılıqların həllində mühüm tərəqqi əldə ediblər.

XS
SM
MD
LG