Accessibility links

İranın ali dini rəhbəri nümayişçilərə xəbərdarlıq edir


İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei islahat tərəfdarı müxalifəti islami sistemin əsaslarını dağıtmaqda və İslam Respublikasının banisini təhqir etməkdə ittiham edib. Ayətullah Xamenei bu gün deyib ki, müxalifətin davamsız etirazları hörmətsizlik deməkdir.

Dövlət televiziyası ilə dekabrın 7-i hökumət əleyhinə kütləvi nümayişlər zamanı etirazçılar tərəfindən Ayətullah Xamenei və İslam Respublikasının əsasını qoyan Ayətullah Xomeyninin şəkillərinin yanıdırıldığı göstərilən video görüntülər nümayiş etdirilib.

İranın İnqilab Qvardiyası bu gün Ayətullah Xomeyninin şəkillərini yandıran nümayişçilərin cəzalandırılmasına çağırıb.

Qum şəhərində ruhani Ayətullah Əhməd Xatəmi müxaliəfti İranın islami sistemini dağıtmağa çalışmaqda ittiham edib.

XS
SM
MD
LG