Accessibility links

Mərkəzi Asiya liderləri Çin prezidenti ilə görüşmək üçün Türkmənistandadır


Çin prezidenti Hu Tsintao Mərkəzi Asiya liderlərilə görüşmək üçün Türkmənistana səfər edib.

Cənab Hu Türkmənistanın qaz yatağını Çinin qərbi Sinjan regionu ilə birləşdirən yeni qaz kəmərinin açılışı mərasimində iştirak etmək üçün bu gün Aşqabada gəlib.

Özbəkistan və Qazaxıstanın liderləri də Çin prezidenti ilə görüşmək üçün Aşqabadaddadırlar.

Təhlilçilər bəzən bir-biri ilə mübahisə aparan Mərkəzi Asiya liderlərinin Çin prezidenti ilə görüşünü Çinin neftlə zəngin regionda rolunun artmasına işarə kimi baxırlar.

Çin iradrəçiliyin və insan hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması kimi qərbsayağı tələblər irəli sürmədən bu ölkələrə milyardlarla dollar məbləğində kredit və borc verir.

Bu isə öz növbəsində, onların Rusiyadan azılılığının azalması və Pekinin bu ölkələrin enerji sektorunda payının artmasına gətirib çıxarır.

XS
SM
MD
LG