Accessibility links

Sudanın şimal və cənubunu təmsil edən partiyalar referendum haqda razılıq əldə edib


Sudanın şimalı və cənubunu təmsil edən əsas partiyaları cənubda müstəqilliyə dair referendumun keçirilməsi də daxil olmaqla bir sıra mühüm qanunlar üzrə razılıq əldə etdiklərini bildirir.

Şimalın Milli Konqres partiyası və cənubun Sudan Xalq Azadlıq Hərəkatı aylardır gərginliklərdən sonra bu gün Xartumda razılığın əldə olunduğunu elan edib.

Partiya liderləri qanunlardan birinin 2011-ci ildə cənubun müstəqilliyinə yol açan şərtləri müəyyənləşdirdiyini bildirirlər.

Rəsmilər digər detalları açıqlamazdan əvvəl sənədi öz partiyalarına təqdim edəcəklərini bildiriblər.

Cənubun müstəqilliyi ilə bağlı səsvermə 2005-ci ildə Sudanda şimal və cənub arasında vətəndaş müharibəsinə son qoymuş sülh müqaviləsinin əsas tərkib hissəsidir.


XS
SM
MD
LG