Accessibility links

Ağ Evin baş iqtisadi müşaviri yazdan başlayaraq yeni iş yerlərinin açılmasını gözlədiyini deyir


Ağ Evin iqtisadi məsələlər üzrə baş müşaviri Lorens Sammers deyib ki, müşahidəçilərin çoxunun fikrincə yeni iş yerlərinin açılmasını yaz aylarından başlayaraq gözləmək olar.

CNN teleşirkətinə müsahibə zamanı Sammers iş yerlərinin açılmasına ilkin işarələri göstərərək, istehsalın artması və işçilərin daha artıq işlədiyini qeyd edib.

İşsizlik səviyyəsi keçən ay 10 faizə düşsə də, son 26 ildə ən yüksək səviyyədə qalmağa davam edir.

Sammers deyib ki, yeni iş yerlərinin açılması gələn il prezident Barak Obama qarşısında bir nömrəli prioritet olacaq. Onun sözlərinə görə, cənab Obama bundan sonra diqqəti ölkədə 1,4 trilyon büdcə çatışmazlığını azaltmaq səylərinə yönəldəcək.

Ağ Evin müşaviri deyib ki, prezident büdcə çatışmazlığını azaltmaq məqsədilə planın hazırlanması üçün Konqresdə demokrat və respublikaçı liderlərlə məsləhətləşmələr aparır.


XS
SM
MD
LG