Accessibility links

Kopenhagen konfransının iştirakçıları bu gün qeyri-rəsmi görüşlər keçirir


Kopenhagendə BMT-nin iqlim dəyişikliyinə dair konfransında iştirak edən nümayəndə heyətləri bu gün qeyri-rəsmi danışıqlar keçirir.

12 gün sürəcək konfrans ikinci həftəsinə daxil olduqca təhlilçilər 2012-ci ildə müddəti bitən Kioto protokolunu əvəzləyəcək yeni sənədin hazırlanmasında az inkişaf olduğunu bildirirlər.

Onların sözlərinə görə, konfransda cümə günü gələn 40 il ərzində karbon qazları tullantılarının azaldılması ilə bağlı ilkin sənədin açıqlanması diqqətləri məsələyə daha çox yönəltmiş oldu.

Sənədə əsasən, sənayesi inkişaf etmiş ölkələr gələn on il ərzində 1990-cı illə müqayisədə karbon qazları tullanatılarını 25 faizdən 45 faizə qədər azaldacaq. Çin və Hindistan kimi iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr tullantıları 15 faizlə 30 faiz arasında azaldacaq.

Tullantıların 2050-ci ilə qədər azaldılması nəzərdə tutulur.

Lakin sənəddə qlobal istiləşmənin təsirləri ilə mübarizə aparmaq üçün zəngin ölkələrin yoxsul ölkələrə nə qədər vəsait ayıracağı müəyyənləşdirilməyib.


XS
SM
MD
LG