Accessibility links

Abxaziyanın lideri ikinci müddətə prezident seçilib


Gürcüstanın separatçı Abxaziya bölgəsində Serqey Bagapş ikinci müddətə prezident seçilib. Bu, keçən il Rusiya Abxaziyanın müstəqilliyini tanıdıqdan sonra burada keçirilən ilk seçkidir.

İlkin nəticələr separatçı Abxaziyada Sergey Baqapşın ikinci müddətə prezident seçildiyini göstərir. Birləşmiş Ştatlar və qərb ölkələri regionun müstəqilliyini tanımasa da, Rusiya seçkilərin müvəffəqiyyət olduğunu bildiirb. Rusiyadan sonra Nikaraqua və Venezuela Abxaziyanın müstəqil tanıyan yeganə ölkələrdir.

İlkin nəticələrinə görə, Serqey Bagapş səslərin 60 faizini əldə edib. Beləliklə o, keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin agenti və keşmiş vitse-prezident Raul Xadzimbadan təxminən 4 dəfə çox səs əldə edib. Mərkəzi Seçki Komissiyasının bildiridiyinə görə, Raul Xadzimba səslərin 15 faizdən az hissəsini qazanaraq, ikinci yerdədir. Prezident seçkilərində 5 namizəd iştirak edib.

Səsvermədə yalnız Abxaziya pasportu olanlar iştirak ediblər. Bunula bölgədəki təxminən 40 min etnik gürcü seşkilərdə iştirak edə bilməyib.

Gürcüstan seçkilərin qeyri-qanuni olduğunu bildirərək qınayıb. Seçiklərdə iştirak edən digər dörd namizəd də seçki saxtakarlıqlarının baş verdiyini bildirib.

XS
SM
MD
LG