Accessibility links

Rusiya qazın nəqlini bərpa etməyə çalışır


Rusiya rəsmiləri əsas boru xətti vasitəsilə təbii qazın axınını bərpa etməyə çalışırlar. Axının dayanmasına səbəb bomba təhdidi olmuşdu. Bombalar barədə xəbərdarlıqdan sonra Rusiya Şimali Osetiya və İnquşetiya, o cümlədən qonşu Ermənistana qazın nəqlini təxirə salmışdı. Rəsmilər bu gün deyib ki, İnquşetiyada kəmər yaxınlığına yerləşdirilən 2 bomba zərərsizləşdirilib və ətraf ərazilər təmizlənib. Ermənistan rəsmilərinin sözlərinə görə, ölkənin kəmərin fəaliyyəti bərpa olunana qədər ehtiyat qazı var. Bu boru xətti əvvəllər də, bomba hədələri və siyasi mübahisələr səbəbilə müvəqqəti olaraq dayanıb.
XS
SM
MD
LG