Accessibility links

İtaliyanın baş naziri Silvio Berluskoni hələ də xəstəxanadadır


Italiya həkimlərinin bildirdiyinə görə, bazar günü Milanda keçirilən siyasi yürüş zamanı baş nazir Silvio Berluskoniyə edilən hücumdan sonra o, hələ də xəstəxanadadır. Hücum zamanı nazirin üzü qana bulaşmışdı. Həkimlər burnunun və dişlərinin sındırıldığı 73 yaşlı baş nazirin sağalmasına 20 günə qədər vaxt lazım olduğunu demiş və bildirmişlər ki, o, çətin yeyir və ağrıları var.

Cənab Berluskoninin xəstəxanada saxlanması barədə qərar bu gün, tibbi xəbərlər bülletenində açıqlanıb. Polis isə baş nazirə hücum edən 42 yaşlı şəxsin ruhi xəstə olduğunu və həbs edildiyini bildirib.


XS
SM
MD
LG