Accessibility links

Azərbaycan və İran regiona kənar qüvvənin müdaxiləsinin əleyhinədir


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İranda rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər İslam Respublikasına rəsmi səfəri çərçivəsində İranın Xarici İşlər naziri və Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə görüşüb.
İki ölkə xarici işlər nazirləri görüşlərinin nəticələri ilə bağlı brifinq keçirib. Azəri - Press Agentliyinin məlumatına görə,
İranın xarici işlər naziri Mənuçöhr Mottaki İranın Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün hər cür köməyi etməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, görüşdə İran-Azərbaycan əməkdaşlığının bütün aspektləri, Şimal-Cənub nəqliyyat dəhlizi ilə tranzit məsələləri müzakirə olunub, iqtisadi sahədə yeni əməkdaşlıqlar təklif edilib, Astara-Astara dəmir yolunun inşası barədə danışılıb. Qeyd olunub ki, Azərbaycandan Fars körfəzinə və əks istiqamətdə daşınan malların həcmi artırılacaq.
İranlı nazir iki ölkə arasında sərhədyanı əlaqələrə toxunaraq gediş-gəlişin asanlaşdırılmasının vacibliyini vurğulayıb: “İran-Azərbaycan əlaqələri hərtərəfli əlaqələrdir və regionda böyük əhəmiyyətə malikdir”.
Cənab Mottaki görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə edildiyini bildiribvə İranın Azərbaycan vasitəsilə MDB-nin enerji sisteminə qoşulacağını vurğulayıb.
Nazir Elmar Məmmədyarov isə İranın regionun sabit ölkəsi olduğunu və bu sabitliyin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün çox böyük önəm daşıdığını deyib. “Bu münaqişə nə qədər tez həll olunsa, bölgə üçün o qədər yaxşı olar. Regionun təhlükəsizliyində İranın xüsusi rolu var”. Enerji sahəsində əməkdaşlığa toxunan cənab Məmmədyarov hazırda Azərbaycanla İranın neft-qaz şirkətləri danışıqlar apardığını diqqətə çatdırıb.
Suallara cavabda cənab Mottaki bildirib ki, hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 600 milyon dollardır: “Bu rəqəmi 1 milyard dollara çatdırmaq istəyirik. Bunun üçün yaxşı potensial var”.
“Media forum” saytının məlumatına görə isə Azərbaycan xarici işlər nazirinin İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Səid Cəlili ilə görüşündə Qafqaz bölgəsində qazın təhlükəsiz nəqli sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyi vurğulanıb. Cənab Cəlili deyib ki, Qafqaz bölgəsinin, eyni zamanda Xəzər dənizinin təhlükəsizliyini regiondakı ölkələrin özləri təmin etməlidir.
Azərbaycan xarici işlər naziri də, regionun təhlükəsizliyinin təmin olunmasında hər hansı kənar qüvvənin müdaxiləsinin yolverilməz olduğunu deyib.
Azərbaycan xarici işlər nazirinin İran prezidenti ilə görüşünün olacağı da gözlənilir.

XS
SM
MD
LG