Accessibility links

Obama administrasiyası Quantanamo məhbuslarını İllinoys ştatındakı həbsxanaya köçürəcək


Ağ Ev rəsmiləri deyir ki, ABŞ prezidenti Barak Obama Kubanın Quantanamo körfəzindəki məhbəsdə saxlanılan 100-ə yaxın terror şübhəlisini saxlamaq üçün federal hökumətə İllinoys ştatında yerləşən həbsxananı almaq barədə göstəriş verib. Həbsxana Çikaqodan 240 kilometr qərbdəki Tomson qəsəbəsində yerləşir. 1,600 yerlik məhbəs maksimum təhlükə törədən cinayətkarları saxlamaq üçün 2001-ci ildə istifadəyə verilib, lakin az qala boşdur. İllinoys qubernatoru Pat Kvin və ABŞ senatoru Riçard Durbin aylardır ki, bu həbsxananın satılmasını təşviq edərək onun əraziyə minlərlə yeni işlər gətirəcəyini deyirlər. Prezident Obama vəzifəyə başlayandan bir neçə gün sonra bir il ərzində Quantanamo məhbəsinin bağlanması haqda fərman imzaladı.
XS
SM
MD
LG