Accessibility links

Pakistanda güclü partlayış olub


Pakistan rəsmilərinin məlumatına görə, ölkənin mərkəzi hissəsində avtomobillə həyata keçirilmiş bomva hücumu 20 nəfərin həyatına son qoyub, 60 insan isə yaralanıb. Rəsmilər deyir ki, hücum Dera Qazı Xan şəhərinin siyasətçinin evi yaxınlığındakı bazarda olub. Tədqiqatçıların sözlərinə görə, bir neçə binaya ciddi ziyan dəyib və qalıqlar altında bir çox insanın qaldığı ehtimal edilir. Qeyd edək ki, oktyabr ayında 500-dən çox insanın ölümünə səbəb olan hücum həyata keçirilmişdi. Rəsmilərin sözlərinə görə, yaraqlılar Ordunun Pakistan Talibanına qarşı Cənubi Vəziristan ucqar regionunda başlatdığı hücuma cavab verir.
XS
SM
MD
LG