Accessibility links

Türkiyədə dükan sahibi kürd nümayişçilərə atəş açıb


Türkiyə rəsmiləri deyir ki, kürd yönümlü partiyanın fəaliyyətinə qoyulmuş qadağa əleyhinə keçirilən nümayişin iştirakçılarına dükan sahibinin açdığı atəş nəticəsində 2 nəfər həlak olub. Bulanik şəhərinin merinin sözlərinə görə, insident zamanı bir neçə insan da yaralanıb. Yerli mətbuat bildirir ki, hadisə əsasən kürdlərin yaşadığı Bulanikda nümayişçilərin dükanları və bankları daşa tutmasından sonra baş verib. Türkiyənin Anadolu xəbər agentliyinin məlumatına görə, dükan sahibi nümayişçilərə atəş açdığına görə nəzarət altına alınıb. Nümayişçilər Türkiyə Konstitusiya məhkəməsinin keçən həftə Demokratik Cəmiyyət Partiyasının fəaliyyətinə qadağa qoymasına etiraz edirdi.
XS
SM
MD
LG