Accessibility links

NATO baş katibi Rusiyaya gəlib


NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın Əfqanıstana missiyasına yardımını təmin etmək məqsədilə Moskvaya səfərə başlayıb. Üç günlük işgüzar səfər Rasmussenin NATO baş katibi olmasından bəri Rusiyaya ilk səfəridir. NATO-nun Əfqanıstandakı əməliyyatlarına dəstək almaq baş katibin əsas gündəliyinə daxildir. Rusiya liderləri ilə danışıqlarda habelə raketdən müdafiə planları və Rusiyanın Avropanın təhlükəsizlik sistemi ilə bağlı irəli sürdüyü yeni təklifləri müzakirə olunacaq. Cənab Rasmussen Moskvada həm prezident Dmitri Medvedev, həm də baş nazir Vladimir Putinlə görüşəcək. Siyasi təhlilçilər səfərə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra NATO-Rusiya münasibətlərinin bərpası yönümündə səylərin tərkib hissəsi kimi baxır.
XS
SM
MD
LG