Accessibility links

Birma müxalifətinin lideri silahdaşları ilə görüşüb


Birma müxalifətinin lideri Aunq San Suu Kyiyə bu gün evindən kənarda öz siyasi partiyasının yüksək rütbəli qocaman liderləri ilə görüşməyə icazə verilib. Nobel sülh mükafatı laureatı Ranqun gölünün sahilindəki evindən dövlət qonağ evinə aparılıb. Orada o, Milli Demokratiya Liqasının sədri Aunq Şve, katib U Lvin və Lun Tinlə görüşüb. Sonuncuların hər üçü 80 və ya 90 yaşlarındadır. Çərşənbə gününün görüşü Aunq San Suu Kyinin hərbi idarəçi general Tan Şveyə sentyabrda yazdığı məktubuna cavab olaraq jest kimi dəyərləndirilir. Belə ki, həmin məktubda müxalifət lideri rejimə qarşı beynəlxalq sanksiyaların ləğv olunmasında öz yardımını təklif etmişdi.
XS
SM
MD
LG