Accessibility links

İran 'Sejil-2'-nin yeni versiyasını sınaqdan keçirdi


İran ölkənin ən uzaq məsafəyə çatma qabiliyyətinə malik olan raketlərindən birinin yeni modelini sınaqdan keçirib. Sejil-2 raketinin bu gün buraxıldığını göstərən dövlət telekanalı sınağın uğurla həyata keçirildiyini bildirib. 2000 kilometrlik məsafədəki obyekti vura bilən Sejil 2 İsrail və ABŞ-ın cənub-şərqi Avropadakı bazalarına çatmaq qabiliyyətinə malikdir. Müdafiə naziri Əhməd Vahidinin sözlərinə görə, raket çəkindirici mahiyyət daşıyır. O, İran telekanalına deyib ki, raketin sürəti və manevr qabiliyyəti onun məhv edilməsini qeyri-mümkün edir. Böyük Britaniya baş naziri Qordon Braun deyib ki, raket sınağı nüvə proqramına görə Qərblə gərgin münasibətlərdə olan Tehrana əlavə sanksiyalar tətbiq edilməsinə yol açır.
XS
SM
MD
LG