Accessibility links

İsveçrə bankı İranla əlaqələrə görə cərimə ödəyəcək


İranla qeyri-qanuni əməliyyatlarda ittiham olunan İsveçrənin bank nəhəngi Kredit Süiss ABŞ rəsmilərinə 536 milyon dollar cərimə ödəməlidir. Bu gün gözlənilməz açıqlamada Kredit Süiss bildirib ki, 2002 və 2007-ci illər arasında şirkət ABŞ sanksiyalarına hədəf olan qurumlarla tranzaksiyalar həyata keçirib. Məsələ ilə yaxından tanış olan adamlar bu qurumlarına irana məxsus olduğunu söyləyir. Hüquq mühafizə orqanlarına istinad edən New York Times qəzeti yazır ki, İranın Atom Enerji Təşkilatı və Aerofəza Sənayeləri Təşkilatı ilə əlaqələrinə görə Kredit Süiss ABŞ tərəfindən təhqiq olunurdu. Vaşinqton hər iki qurumu kütləvi qırğın silahları yaymaqda ittiham edib və onların ABŞ-la biznesinə qadağa qoyub.
XS
SM
MD
LG