Accessibility links

ABŞ iqlim dəyişikliyi ilə mübarizə üçün yoxsul ölkələrə yardım edəcəyinə söz verib


BMT-nin Kopenhagendə iqlim dəyişikliyi ilə bağlı keçirdiyi konfransında Birləşmiş Ştatlar bu problemin qarşısını almaq məqsədilə yoxsul ölkələrə ildə yüz milyard dollar yardım edəcəyinə söz verib. Bu açıqlamanı konfransda iştirak etmək üçün bu gün Kopenhagenə gələn Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton verib. Xanım Klinton maliyyə yardımlarının aparıcı iqtisadiyyatların rəsmilərinin güclü saziş əldə etməsindən asılı olacağını deyib. Lakin o, onu da əlavə edib ki, Birləşmiş Ştatlar şəffaflıq təmin edilmədən istixana qazları tullantılarının ixtisarı barədə heç bir razılıq imzalamayacaq.

Qeyd edək ki, Birləşmiş Ştatlar bu məsələ ilə bağlı bütün ölkələrin ortaq bir mexanizm əldə etməsini istəsə də, Çin bunun əleyhinıdir.

XS
SM
MD
LG