Accessibility links

ABŞ-a məxsus olduğu güman edilən pilotsuz təyyarələr Şimali Vəziristanda hücumlar həyata keçirib


Pakistanın kəşfiyyat rəsmilərinin bildirdiyinə görə, Birləşmiş Ştatlara məxsus olduğu guman edilən pilotsuz hərbi təyyarələrin Şimali Vəziristanda Talibanın nəzarəti altında olan bölgəyə etdiyi hücumları azı 12 nəfərin ölümünə səbəb olmuşdur. Birinci hücumun içərisində yaraqlılar olduğu şübhələnilən maşına zərbə endirdiyi bildirilir. Bir neçə təyyarə tərəfindən həyata keçirilən ikinci hücumda isə yaraqlıların düşərgəsi olmaqda şübhələnilən əraziyə yeddi raket atıldığı xəbər verilir. Rəsmilər ölənlərin sayının artacağını deyirlər.

Şimali Vəziristanda həyata keçirilən bu hücumlar Pakistan ali məhkəməsinin prezident Asif Əli Zərdariyə və biznesmen, siyasətçi və hökumət qulluqçuları da daxil edilməklə, 8000 nəfərə əvf fərmanı çıxarmasından bir gün sonraya təsadüf edir. Ali məhkəmə əvf fərmanının konstitutsiyaya zidd olduğunu bildirib.

XS
SM
MD
LG