Accessibility links

İranda bir neçə azərbaycanlı 21 Azərin il dönümü tədbirləri ilə əlaqədar nəzarət altına alınıb


İNSAFƏLİ HİDAYƏT

Savalan Səsi və İran Azərbaycanlı Siyasi Məhbusları Müdafiyə Komitəsinin verdikləri xəbərlərə görə İranda Milli Hökumətin yaranmasının il dönümü münasibətilə təşkil edilən bir sıra kiçik miqyaslı tədbirlərin bəzi iştirakçıları İttilaat idarəsinə çağırılıb, sorğu-suala çəkilib, bəziləri isə nəzarət altına alınıblar. İranın təhlükəsizlik idarələri daha sonra tutulanların bir hissəsini azadlığa buraxsa da bir neçəsini saxlayıb.

Tutulanların bir hissəsi, iki gün Səid Cəfər Pişəvərinin Milli Hökuməti qurmağının il dönümündən əvvəl, şeer mərasimində olublar. Bu şeer mərasimi Cəmal Təsudiyanın evində Varlıq adlı Uşaqların Kültür Qrupu tərəfindən təşkil edilmişdi.

ADDAP xəbər verir ki məmurlar şeer marasiminin keçirildiyi evə basqın edib və orda olanların çoxunun üz gözünə bibər qazı səpiblər. Məmurlar onların cib telefonlarını, kimliklərini və başqa şəxsiyyət vərəqələrini müsadirə edib. Mərasim iştirakçılarının bir hissəsi isə sorğu-sual edilmək üçün məmurlar tərəfindən aparılıb.

Savalan Səsi və ADDAP-ın verdikləri məlumata görə
Onların bəzilərini isə bir iki gündən sonra sorğu-sual üçün İttilaata çağırdılar. Orta məktəb müəllimi Hidayət Zakiri isə hələdə həbsdədir.

Belə bir məlumatda yayılmışdı ki, Təbrizlilərə icazə vermişdilər ki, bu il 21 Azərin il dönümünü Bənövşə Salononda qeyd etsinlər. Amma porogramın qarşısı alındı və tədbirdə iştirak üçün buraya gələnlər nəzarət altına alındılar.

Yuxarıda adı çəkilən mənbələrin yazdıqlarına görə İttilaat idarəsinə çağrılan və tutulanların siyahısına Hidayət Zakir, Səid Çələbyani, Cəmal Təsudiyan, Riza Ğördani, Bəhram Bəhiymi, Mustafa Əvəzpur, Cəlal Məhəmmədpur, Əhməd Valayi, Məhəmmədriza Məhəmmədxani, İbrahım Asimani, İsa Qurbanəlizadə, Aydın Şəfiqi vəYaqub Təqəvi daxildir.


XS
SM
MD
LG