Accessibility links

İran İraqın neft yatağını ələ keçirib


İraq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, İran qüvvələri iki dövlət arasında sərhədin mübahisəli hissəsində neft quyusunu ələ keçiriblər. Verilən məlumata görə, Amara şəhəri yaxınlığında İraq sərhədi daxilindəki neft yatağında İran qoşunları ölkənin bayrağını qaldırıblar. İraq daxili işlər nazirinin müavini Əhməd Əli Əl-Xəfəviyə istinadən bildirilib ki, İranın 11 əsgəri bu gün günorta saatlarında sərhədi keçərək bayraqlarını qaldırıb və yatağı ələ keçirib. Rəsmilər əlavə edib ki, İraq tərəfi heç bir hərbi addım atmayıb, belə ki hökumət lazımı diplomatik cavab verməyi planlaşdırır.
XS
SM
MD
LG