Accessibility links

Demokratlar ABŞ Senatında  səhiyyə  islahatları üçün lazım olan  60-cı səsi də  əldə etdilər


ABŞ-da Demokratlar partiyasının Nebraska ştatından mühafizəkar mövqei ilə tanınan Senatoru Ben Nelson bu gün müxbirlərə deyib ki, o partiyanın rəhbərləri ilə uzun müzakirələrdən sonra Senatda ölkədə sağlamlıq və tibbi sığorta sistemində islahatlarla bağlı qanun layihəsinə müsbət səs verəcək.

Beləliklə demokratlar həmin qanun layihəsini ləngimədən qəbul etmək üçün lazım olan 60 səs əldə etmiş olurlar. Bununla da layihənin əleyhinə olan respublikaçılar filibastır deyilən yubatma taktikasından istifadə edə bilməyəcəklər.


Bu arada Birləşmiş Ştatların senatı Müdafiə büdcəsini bu gün təsdiq edib, 636 milyard dollar məbləğindəki büdcəyə 88 senator müsbət 10 senator isə mənfi səs verib. Nümayəndələr palatası isə bu həftənin əvvəllərində müdafiə büdcəsini təsdiq etmişdi. Bu arada Birləşmiş Ştatların senatı Müdafiə büdcəsini bu gün təsdiq edib, 636 milyard dollar məbləğindəki büdcəyə 88 senator müsbət 10 senator isə mənfi səs verib. Nümayəndələr palatası isə bu həftənin əvvəllərində müdafiə büdcəsini təsdiq etmişdi.

XS
SM
MD
LG