Accessibility links

Livanın baş naziri  Suriyaya gedib


Livanın baş naziri Saəd Həriri Dəməşqdə Suriya prezidenti Bəşar Əl Əsədlə görüşüb. İki lider arasında bu gün keçirilən və üç saat davam edən danışıqların müsbət və səmimi keçdiyi bildirilib. Onlar bazar günü bir daha görüşüblər. Livanın baş nazirinin səfərinin iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına yardım edəcəyi gözlənilir. Bu onun 2005-ci ildə atası və Livanın mərhum sabiq baş naziri Rafiq Həririyə qarşı sui-qəsd edildikdən bəri Suriyaya etdiyi ilk səfəridir.

Onun prezident Bəşar Əl- Əsədlə iki ölkə arasındakı münasibətlərin yaxşılaşması və əməkdaşlıq məsələlərini müzakirə edəcəyi gözlənilir. 4 il əvvəl Livanın baş naziri Rafiq Həririyə qarşı Beyrutda sui-qəsd edildikdən bəri Livan və Suriya hökumətləri arasında diplomatik əlaqələr bu ilin əvvəllərində tam bərpa edilib.

BMT-nin müstəntiqlər heyəti Suriyanı mərhum Rafiq Hərirnin qətlində ittiham edir. Lakin Suriya bu ittihamları rədd edir. Cənab Saəd Hərriri keçən ay parlamentə bildirmişdi ki, o. Suriya ilə yaxından əlaqə saxlamaqla maraqlıdır.

XS
SM
MD
LG