Accessibility links

İran Azərbaycanında təzyiqlər artır


İranın başqa yerlərində müxalifətçilərə qarşı divan tutulmasının davam etdiyi bir zamanda Təbriz və İran Azərbaycanının digər şəhərlərində də, siyasi və mədəni fəallara qarşı təzyiqlər günü gündən artır. Savalan səsi xəbər verir ki, Aylin Qaleriyası, Babək Xörrəminin heykəlini nümayiş etdirdiyinə görə bağlandı. Aylin Qaleriyasi Təbrizin Rasta küçəsində olur.

Azərbaycan Demokrat Firqəsi dağılandan sonra, Azər ayının 26-da Tehran hakimiyyəti, Təbriz universitətində və məktəblərində dərs oxuyanlardan istədi ki, özlərinin Türk dilində kitablarını gətirib və Təbrizin Danişsəra Meydanında yandırsınlar. Azərbaycan Milli Hökumətinin hakimiyyəti vaxdında isə məktəblərdə və o zamanda yaranmış Təbriz Universitetində dərsliklər türk dilində idi. Hələ indiyə qədər də həmin qadağalar davam edir, icazə verilmir ki, Türk dilində kitablar, kitab nümayişgah ya sərgilərində nümayişə qoyolsun.

Savalan Səsinin yazdığına görə Türk dilində kitabların sərgisi və satışının qabağını Tehranın Şəhriyarında aldılar. Məmurlar kitabları toplayıb, aparıblar. Bundan əlavə, İttilaat İdarəsinin məmurları Pınar Kitab Nəşriyatının sahibinə telefon edib və Şərifə Xanım Cəfərini təhdid ediblər ki, Tehranın türklər yaşayan yerlərində kitablarını satmasın.

XS
SM
MD
LG