Accessibility links

İran qüvvələri hələ də İraq ərazisində qalır


İraq rəsmiləri deyir ki, İran qüvvələri sərhəddəki neft quyusunu tərk etsələr də hələ də İraq ərazisində qalırlar. Hökumət sözçüsü deyir ki, iranlılar İraq bayrağını endirmiş və quyudan 50 metr geri çəkilmişlər, lakin əvvəlki mövqelərinə qayıtmamışlar. İraq rəsmiləri deyir ki, cümə günü Maysan vilayətində 11 iranlı əsgər əl Farrax neft mədənində 4 nömrəli quyunu ələ keçirdilər və şənbə günü orada qaldılar. İran israr edir ki, quyu İrana məxsusdur. Xarici işlər nazirliyinin sözçüsü İran dövlət mediasına bildirib ki, iranlıların müdaxiləsi haqda yayılan xəbərlər Bağdad ilə Tehran arasında münasibətləri korlamaq niyyəti daşıyır. O, həmçinin əlavə edib ki, tərəflər məsələni diplomatik yolla həll etməyə çalışacaqlar.
XS
SM
MD
LG