Accessibility links

İran türkləri başlatdıqları İnternet kampaniyası ilə BBC-dən öz dillərində radio proqramları tələb edirlər


İran türkləri İngiltərənin BBC tele-radio şirkətinə müraciət kampaniasına başlayıblar. Kampaniya çərçivəsində BBC-yə ünvanlanan müraciətə iki gündür ki, İnternet vasitəsi ilə imza toplanır. İki gün ərzində mindən çox insan bu müraciətdə iştirak edib. İnternet vasitəsi ilə imza toplama kampaniyası hələ də davam edir. Bu müraciəti imza edənlər deyirlər ki, BBC-nin İranda yaşayan 30 milyondan çox insan üçün verilişləri olmalıdır. Maraqlısı budur ki, BBC-nin həm Azərbaycan dilində və həm də Türkiyə türkçəsində verilişləri var. Müraciətdə deyilir: “ Biz dərindən inanırıq ki, İranda Azərbaycan dili və kültürü, ortadan qardılırıb və ya görünməz vəziyyətə gətirilib. Müraciəti imzalayanlar orda şərh də yaza bilirlər. Sənədi imza edənlərin fikrincə, BBC-də İran Azərbaycanının xəbərləri diqqət çəkmir və BBC-nin xidmətləri bu xəbərləri görmür.
XS
SM
MD
LG