Accessibility links

Tayvanda minlərlə adam Çin elçisinin səfərinə etiraz edir


Minlərlə insan Tayvanın mərkəzi şəhəri Tayçunq küçələrində Çin elçisinin ölkəyə səfəri ərəfəsində nümayiş keçiriblər. Onlar Pekinlə aparılan danışıqların birləşməyə yol açacağından ehtiyat edirlər. Nümayişçilər Çinin Tayvan üzrə müzakirəçisi Çen Yunlinin səfərinə etiraz edərək müstəqilliyə səsləyən şüarlar hayqırmış və əllərində anti-Çin plakatlar tutmuşlar. Polis Tayçunqda toplaşan nümayişçilərin sayının təqribən 20-30 min olduğunu güman edir. Çen beş günlük danışıqlar üçün bu şəhərə bazar ertəsi gələcək. Onun Tayvan rəsmiləri ilə dörd ticarət razılığı imzalayacağı gözlənilir. Müxalifətdə olan Demokratik Proqressiv Partiya bazar günü nümayişlərinə sponsorluq edib. Onlar prezident Ma Yin Ceunun siyasətinin adanı Çinin idarəçiliyi altına sürüklədiyini iddia edir.
XS
SM
MD
LG