ABŞ
senatorları səhiyyə islahatları qanun layihəsi ilə bağlı debatı bitirməyə səs
veriblər. Onlar Milad bayramından öncə
qanunu qəbul etməyə tələsirlər. Bazar
ertəsi erkən saatlarla davam edən mübahisəli debatlardan sonra 60:40 nisbətində
Demokratlar səsvermədə qalib çıxıb.
Bütün Respublikaçılar debatı sona çatdırmağın əleyhinə səs verib. Bununla da Senat qanun layihəsi üzərində
final səsverməyə bir addım da yaxınlaşmış olur.
Nümayəndələr Palatası artıq səhiyə islahatları üzrə qanun paketinin
özünəməxsus variantını təsdiq edib.
Milad bayramından sonra qanunun Senat və Nümayəndələr Palatası
variantlarının uzlaşdırılması üçün çətin debatların başlanacağı gözlənilir. Prezident Barak Obama qanunu gələn ilin
əvvəlində imzalamağa can atır. Təklif
olunan qanun layihəsi əksər amerikalılardan səhiyyə sığortasına abunə olmağı
tələb edəcək və əlavə 31 milyon amerikalını sığortalayacaq.