Accessibility links

İran hökuməti islahatçı “Əndişeyi No”  qəzetinin bağlanmasına sərəncam verib


Iranın yarı-rəsmi Fars xəbər agentliyinin məlumatinda deyilir ki, İran hökuməti bu gün digər islahatçı qəzeti, “Əndişeyi No”qəzetinin bağlanmasına sərəncam verib. Qəzetin nə səbəbdən bağlandığı barədə detallar açıqlanmayıb. Bundan əvvəl də İran rəsmilərinin göstərişi ilə prezident Mahmud Əhmədinejadı tənqid etdiyinə görə, üç qəzet - “Fərhəng Əşdi”, “Ərman” və “Təhlili Ruz” qəzetləri bağlamışdı.

İran hökuməti son 6 ayda prezident Əhmədinejada ünvanlanan tənqidlər çap edən qəzetləri satan köşkləri də bağlamışdı. Rəsmilər prezident seçkilərində namizədliyini irəli sürən və uduzan Mehdi Kərrubinin də qəzetinə sentyabr ayından qadağa qoyub.

XS
SM
MD
LG