Accessibility links

Rusiya ABŞ-la nüvə danışıqlarının yanvarda bərpa olunacağını deyir


Rusiyanın xarici işlər nazirliyi bildirir ki, nüvə silahları ilə bağlı yeni müqavilənin imzalanması üçün ABŞ-la danışıqlar yanvarda bərpa olunacaq. Nazirliyin bəyanatında deyilir ki, Strateji Silahların Azaldılması üzrə Müqavilənin yenilənməsi üçün razılığa əngəl törədən bir neçə maneə var. Lakin bəyanatda deilir ki, saziş yazın gələcəkdə imzalanacaq. Mövcud START müqaviləsinin möhləti bu ayın əvvəlində başa çatıb. Bu sənəd 1991-ci ildə, Sovet İttifaqının dağılmasından bir az öncə imzalanmışdı. Müqavilə nüvə arsenalına məhdudiyyətlər qoyur və sənədə riayət olunması üçün hər iki ölkə üçün təftiş sistemini tənzimləyir.
XS
SM
MD
LG