Accessibility links

Azərbaycanda bələdiyyə seçkiləri keçirilir


Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
<!-- IMAGE -->

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanda bu gün keçirilən bələdiyyə seçkilərinə hazırlıq vəziyyətindən bəhs edib. Onun fikrincə, ölkədə seçki əhval-ruhiyyəsi hiss edilmir. Belə ki, namizədlərin mediada debatları qeydə alınmayıb, seçkilərlə bağlı ictimai müzakirələr aparılmayıb.


Ekspertin fikrincə isə seçkilərdə iştirak edən namizədlər arasında alternativ fikirlilərə çox az rast gəlinir. “Bu isə seçki prosesinin rəqabət şəraitində keçmədiyini göstərir. Seçkilərdə iştirak edən müxalifət namizədlərinin əksəriyyətinin namizədliyi qeydə alınmayıb”.
Dekabrın 22-də saat 8.00-da seçkiqabağı təşviqat müddəti başa çatıb. Seçkilərdə 1718 yerli özünüidarə orqanında 15 682 bələdiyyə üzvü uğrunda 31 861 namizəd mübarizə aparır. Onların - 17 363 nəfəri hakim “Yeni Azərbaycan” partiyasının nümayəndələridir. Qalan 2 mindən çox namizəd isə 30 siyasi partiyanı təmsil edir.


XS
SM
MD
LG