Accessibility links

Rusiya ilə Türkmənistanın qaz şirkətləri arasında razılıq imzalanıb


Rusiya ilə Tükmənistan arasında səkkiz ay sürən gərginlikdən sonra iki ölkə arasında təbii qaz idxalının bərpası barədə razılıq əldə edilib. Razılıq bu gün paytaxt Aşqabadda hər iki ölkənin prezidentlərinin iştirak etdiyi mərasim zamanı Rusiya ilə Türkmənistan dövlətlərinin qaz şirkətləri arasında imzalanıb. Razılığa əsasən gələn aydan başlayaraq Rusiya Türkmənistandan ildə 30 milyard kub metr qaz alacaq. Bundan əvvəl, aprel ayında qaz kəmərində baş verən partlayışa qədər Rusiya Türkmənistandan ildə 50 milyard kub metr qaz alırdı. Türkmənistan partlayışda Rusiyanın Qazprom şirkətini ittiham edərək, bunun türkmən qazının idxalını Moskvanın kəskin azaltması ilə izah edir.

XS
SM
MD
LG