Accessibility links

Tayvan sakinləri Çinlə danışıqlara etiraz edir


Tayvan və Çinin yüksək rütbəli elçiləri ticarət danışıqları aparmaq üçün bir araya gəliblər. Bu görüşə etiraz edən vətəndaşlar isə danışıqların sonda Tayvanın Çinlə birləşməsindən narahatlıq keçirirlər. Çin elçisi Çen Yunlin Tayvan təmsilçisi Çianq Pin-kunqla azad ticarət üzrə dördüncü görüşünü keçirirkən Tayçunqdakı otelin qarşısında çoxlu sayda polis keşik çəkib. Tərəflərin üç ticari razılıq imzalayacağı gözlənilir. Çin mediası xəbər verir ki, vergilər barədə dördüncü razılıq layihəsi gündəlikdən çıxarılıb. Tayvanın müxalifətdə olan Demokratik Proqressiv partiyası cənab Çenin 5 günlük səfəri ərzində otel qarşısında nümayiş keçirəcəklərini bəyan ediblər. Çin elçisi səfərinə etiraz edən Tayvan vətəndaşlarına ehtiramla yanaşdığını izhar edib.
XS
SM
MD
LG