Accessibility links

Pakistanda mətbuat klubuna hücum edilib


Pakistan rəsmilərinin bildirdyinə görə, ölkənin şimal-qərb bölgəsindəki Pişəvər şəhərində intiharçının bomba hücumu özünün və digər üç nəfərin ölümünə səbəb olub. Rəsmilər polisin mətbuat klubuna daxil olmaq istəyən şəxsi yoxlamaq üçün dayandırdıqları zaman onun üzərindəki bombanı işə saldığını, nəticədə polis zabiti və bir qadının həlak olduğunu bildirmişlər. Partlayış nəticəsində 17 nəfərin də yaralandığı və binanın şüşələrinin sındığı xəbər verilir. Son zamanlar ölkədə bomba hücumlarının artmasına baxmayaraq, bu, mətbuata qarşı həyata keçirilən ilk hücumdur.

XS
SM
MD
LG