Accessibility links

Azərbaycan Neft Şirkəti yeni müqavilə imzalayıb


Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mənzil-qərargahında "Bahar" və "Qum dəniz" dəniz yataqlarının işlənməsi üçün PSA tipli (məhsulun bölgüsü müqaviləsi) növbəti neft-qaz müqaviləsi imzalanıb.
Müqavilə Xəzərdə Bakıdan 35-40 km cənubda yerləşən kontrakt meydançasının işlənməsi və kəşfiyyatını nəzərdə tutur. ARDNŞ-nin tərəfdaşı Bahar Energy Ltd offşor şirkətidir.
Turan Agentliyinin məlumatına görə, bu ilin avqustunda ARDNŞ "Bahar" qaz yatağının yaxınlığında yerləşən "Bahar-2" meydançasında geofiziki tədqiqatlara başlayıb. Bu işlərdə məqsəd 6-8 min metr dərinlikdə yeni neft-qaz strukturunun tapılması perspektividir.
"Bahar" yatağı 1968-ci ildə istismara verilib. İndiyədək buradan 128 mlrd kubmetr qaz, 16 mln 806 min ton neft və kondensat hasil edilib. Hazırda "Bahar" yatağından sutkada 0,5 mln kubmetr qaz və 20-30 ton kondensat çıxarılır.
"Qum dəniz" yatağı 1955-ci ildə istismara verilib. Yataqdan sutkalıq hasilat həcmi 190 ton neft və 160 min kubmetr qazdır.

XS
SM
MD
LG