Accessibility links

Çinli dissident 15 illik həbs cəzasına məhkum edilə bilər


Tanınmış çinli dissident Liu Şiabo sabotaj ittihamı ilə mühakiməyə cəlb olunub. Onun qayını məhkəmənin cümə günü qərar verəcəyini bildirib. Bu gün məhkəməsi keçirilən Liunun həyat yoldaşı və xarici diplomatlara məhkəmədə iştirak etməyə icazə verilməyib. Lakin rəsmilər Liu Şiabonun qayını Liu Huyu və qardaşını Pekində Orta İnstansiyalı Xalq Məhkəməsinə buraxıblar. Liu Huy bildirib ki, məhkəmə təqribən iki saat çəkib və prokurorlar Liu Şiabonu “ciddi” cinayətlərdə ittiham ediblər. Liu Xartiya 08 adlı demokratiya yönümlü manifest yazdığına görə bir ildən artıqdır ki, həbsdə saxlanılır. Həmin sənəd birpartiyalı Çində insan hüquqlarına və siyasi islahatlara çağırır. O, 15 illik həbs cəzasına məhkum edilə bilər.
XS
SM
MD
LG