Accessibility links

İranın İsfahan və Nəcəfabad şəhərlərində qarşıdurmalar baş verib


İran müxalifətinin bildirdyinə görə, bu gün ali ruhani dissident Ayətulla Hüseyn Əli Müntəzirinin anadan olduğu Nəcəfabad və onun yaxınlığındakı İsfahan şəhərlərində təhlükəsizlik qüvvələri ilə dissident ruhanini dəstəkləyənlər arasında qarşıdurma baş verib. Müxalifətin veb səhifəsində bildirilir ki, qarşıduma dissident ruhaninin davamçılarının yürüş keçirməyə cəhd göstərdikləri vaxt baş verib. Məlumatda eləcə də, İsfahan şəhərində polisin islahatçılara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etdiyi, xeyli adamın yaralandığı və 50-dən çoxununhəbs edildiyi bildirilir. Bunlarla yanaşı, islahatçı ruhani Ayətulla Cəlaləddin Taherinin də İsfahandakı evinin təhlükəsizlik qüvvələri tətəfindən mühasirəyə alındığı deyilir.

XS
SM
MD
LG