Accessibility links

Yamaykada təyyarə uçuş zolağından çıxıb


Rəsmilərin bildirdiyinə görə, dünən Yamayka paytaxtı Kinqston hava limanında Amerika Hava Yollarına məxsus təyyarənin uçuş zolağından çıxması nəticəsində 91 nəfər yaralanıb. Ağır hava şəraitində Norman Manli Beynəlxalq Hava Limanına enən Boeing 737 layneri uçuş zolağından kənara çıxıb. Enmə zolağının sonundakı hasarı da keçən təyyarə çimərliyə çatmamışdan əvvəl avtomagistralda dayanmağa cəhd göstərib. Hələlik hadisə zamanı ölənlər barədə məlumat verilməyib. Vaşinqtondan Kinqstona istiqamət alan və enməmişdən öncə Mayamidə dayanan təyyarənin tərkində 154 sərnişin olub.
XS
SM
MD
LG