Accessibility links

Pakistanın Pişəvər şəhərində daha bir bomba hücunu baş verib


Pakitanın şimal-qərbindəki Pişəvər şəhərində intiharçının həyata keçirdiyi bomba hücumunun 5 nəfərin ölümünə, 20 nəfərdən çoxunun yaralanmasına səbəb olduğu xəbər verilir. Rəsmilər intiharçının bün gün Pakistan milli aeroport idarəsinin yaxınlığındakı nəzarət yoxlama məntəqəsinə gəldiyini və orada polisin onu yoxlamaq üçün saxladığı vaxt bombanı işə saldığını deyirlər. Rəsmilər bu ərazidə bəzi media şirkətlərinin, kilsə məktəbi və bir neçə şirkətin də yerləşdiyini deyirlər.

Bu hücum Pişəvərin media klubu qarşısında 3 nəfərin ölümü, 17 nəfərin yaralanmsı ilə nəticələn bomba hücumundan iki gün sonraya təsadüf edir.

XS
SM
MD
LG