Accessibility links

Türkiyədə separatçılıqda şübhələnilənlərə qarşı kütləvi reyd keçirilib


Türkiyə polisi kürd separaçıları olmaqda şübhəli bilinən şəxslərin evlərinə reydlər keçirərək səkkiz şəhər meri daxil olmaqla 31 adamı həbs edib. Reydlər Türkiyənin 11 vilayətində eyni zamanda aparılıb. Deyilənlərə görə Diyarbəkir baş prokurorluğunun idarəsi yasaq edilmiş Kürdüstan Fəhlə Partiyasından (PKK) qopma təşkilat üzərində aparılan təhqiqatın tərkib hissəsi kimi reydlərə əmr verib. Media deyilir ki, həbs olunan səkkiz şəhər meri əsasən kürdlərin yaşadığı mənqətələrdə kürdpərəst Demokratik Cəmiyyət Partiyasının nümayəndələridir. Türkiyənin Konstitutsiya Məhkəməsi bu partiyanı ayın əvvəlində PKK ilə əlaqəli olmaqda və zorakılığı alovlandırmaqda ittiham edərək qanundan kənar elan edib.
XS
SM
MD
LG